İstanbul nəhəngi evdə büdrədi
Türkiyə ölkə kubokunun qrup mərhələsində 3-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub. E qrupunda mübarizə aparan “Fənərbaxça” doğma publika önündə “Altınordu” ilə qarşılaşıb.
50-ci dəqiqədə qonaqlar Balçının vurduğu qolla gözlənilmədən hesabda önə keçib. Lakin bu üstünlüyünü onlar sona qədər qoruya bilməyiblər. Belə ki, 81-ci dəqiqədə Dieqo istanbulluları məğlubiyyətdən xilas edib.
“Fənərbaxça” – “Altınordu” 1:1
Qollar: Dieqo, 81 - Balçı, 50
saytlarin hazirlanmasi