Millimizə başçılıq etmək istəyən məşqçi Türkiyədə çalışacaq

01:15 - 24 Dekabr 2014

Yılmaz Vural “Osmanlıspor”la razılığa gəldi
 
Azərbaycan milli komandası və “Neftçi”nin baş məşqçi postuna namizədlərdən biri olmuş türkiyəli mütəxəssis Yılmaz Vural özünə yeni komanda tapıb.
 
Sportal.az xəbər verir ki, Berti Foqtsun gedişindən sonra millimizin baş məşqçisi olmaq istəyən 61 yaşlı məşqçi PTT I liqasında çempionluğa namizəd olan “Osmanlıspor” klubuyla ilkin razılığa gəlib. Ötən gün Ankaraya gələn təcrübəli mütəxəssis aşağı dəstə təmsilçisiylə rəsmi müqavilə bağlayacaq.  
 

Xəbər xətti