"Beşiktaş" - "Adana Dəmirspor" 1:2 VİDEO

00:30 - 25 Dekabr 2014

İstanbul təmsilçisi evda biabır oldu
 
Türkiyə ölkə kubokunda 3-cü turun qalan oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, ötən gün qruplarda daha 7 qarşılaşma baş tutub. Günün sensasiyası İstanbulda qeydə alınıb. F qrupunda mübarizə aparan Superliqanın lideri “Beşiktaş” doğma meydanda  PTT I liqa təmsilçisi “Adana Dəmirspor”u qəbul edib.
 
14-cü dəqiqədə Timur Özgözün qoluyla hesabı açan qonaq komanda fasiləyə üstün yollanıb. 59-cu dəqiqədə Altınkərim Bardakçi hesab arasında fərqi 2:0-a çatdırıb. 70-ci dəqiqədə Gökhan Törə buraxılan qollardan birinin əvzini çıxsa da, istanbullular məğlubiyyətdən xilas ola bilməyiblər.
 
“Beşiktaş” – “Adana Dəmirspor”  1:2

 

Xəbər xətti