"Bu günə qədər baş məşqçi kimi uğur qazanmadım"
"Baş məşqçi fəaliyyətimdə uğur qazana bilmədim. Məşqçi kimi 6 kubok qazansam, bunu özüm üçün yetərli hesab edəcəm".
Sportal.az xəbər verir ki, bu sözləri "Sivasspor" klubunun sabiq baş məşqçisi Roberto Karlos deyib. Braziliyalı mütəxəssis gələcəkdə Türkiyədə çempion olacağını iddia edib:
"Nə vaxtsa Türkiyədə çempion olacağıma inanıram. Bu günə qədər baş məşqçi kimi uğur qazanmadım. Futbolçu kimi isə çox şey etdim. Təbii ki, bu çox asan idi. Çünki bir sıra istedadlı futbolçularla birgə oynadım".
Qeyd edək ki, "Sivasspor" klubunun rəhbərliyi uğursuz çıxışları səbəbindən Karlosla yollarını ayırıb.
saytlarin hazirlanmasi