Hücumçu sıradan çıxıb
"Fənərbaxça" klubu ciddi itkiyə məruz qalıb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Emmanuel Emenike ölkə kubokunda "Altınordu" ilə qarşılaşmada zədələnib.
Tibbi yoxlanışdan sonra hücumçunun durumunun ciddi olduğu müəyyənləşib. Müalicəsinə başlanılan futbolçunun iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
saytlarin hazirlanmasi