İstanbul təmsilsi səfərdən 1 xalla qayıdır
Türkiyə Superliqasında 15-ci tura bir oyunla start verilib.
Sportal.az xəbər verir ki, turun açılış matçında “Qalatasaray” Ankarada “Gənclərbirliyi”nin qonağı olub.
İstanbul təmsilçisi Hamza Hamzaoğlunun baş məşqçiliyi altında ilk dəfə xal itkisi ilə üzləşib. 19-cu dəqiqədə Əmrə Çolakın vurduğu qolla fasiləyə üstün yollanan “aslanlar” sona qədər qələbəni qoruya bilməyiblər. 72-ci dəqiqədə Boqdan Stanku sabiq komandası “Qalatsaray”ı cəzalandırıb.
Türkiyə Superliqası 15-ci tur
26 dekabr
“Gənclərbirliyi” – “Qalatasaray” 1:1
Qollar: Stanku, 72 - Əmrə Çolak, 19
27 dekabr
15:00 “Karabükspor” – “Balıkəsirspor”
18:00 “Başakşəhər” – “Ərciyəsspor”
21:00 “Fənərbaxça” – “Mersin İdmanyurdu”
28 dekabr
15:30 “Qaziantepspor” – “Bursaspor”
15:30 “Kasımpaşa” – “Sivasspor”
18:00 “Akhsar” – “Rizəspor”
21:00 “Konyaspor” – “Beşiktaş”
29 dekabr
22:00 “Trabzonspor” – “Əskişəhərspor”
saytlarin hazirlanmasi