Türkiyə Superliqası: "Fənərbaxça" qələbə qazanıb zirvəyə yüksəldi

00:30 - 28 Dekabr 2014

"Beşiktaş" qış çempionu ola biləcəkmi?
 
Türkiyə Superliqasında 15-ci turun  oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, turun açılış matçında “Qalatasaray” Ankarada “Gənclərbirliyi”nin qonağı olub.
 
İstanbul təmsilçisi Hamza Hamzaoğlunun baş məşqçiliyi altında ilk dəfə xal itkisi ilə üzləşib. 19-cu dəqiqədə Əmrə Çolakın vurduğu qolla fasiləyə üstün yollanan “aslanlar” sona qədər qələbəni qoruya bilməyiblər. 72-ci dəqiqədə Boqdan Stanku sabiq komandası “Qalatsaray”ı cəzalandırıb.
 
Turun ikinci günündə çempionluğa daha bir iddiaçı “Fənərbaxça” doğma meydanda “Mersin İdmanyurdu”nu qəbul edib. “bülbüllər” 32-ci dəqiqədə Mehmet Topalın yeganə qolu ilə 3 xal qazanaraq, ilk pilləyə yüksəlib.  
 
 
Türkiyə Superliqası 15-ci tur
 
 
26 dekabr
 
“Gənclərbirliyi” – “Qalatasaray”  1:1
Qollar: Stanku, 72 - Əmrə Çolak, 19 
 
27 dekabr
 
“Karabükspor” – “Balıkəsirspor”  0:1
Qol: Gökhan Ünal, 90+3
 
"Başakşəhər” – “Ərciyəsspor”  3:1
Qollar: Epureanu, 17, Madureyra, 73, Perbet, 83 – Edino, 46
 
“Fənərbaxça” – “Mersin İdmanyurdu”  1:0
Qol: Mehmet Topal, 32
 
28 dekabr
 
15:30 “Qaziantepspor” – “Bursaspor”
15:30 “Kasımpaşa” – “Sivasspor”
18:00 “Akhsar” – “Rizəspor”
21:00 “Konyaspor” – “Beşiktaş”
 
29 dekabr
 
22:00 “Trabzonspor” – “Əskişəhərspor”

Xəbər xətti