“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi özünə iş tapdı

00:45 - 28 Dekabr 2014

Oğuz Çətin "TRT Spor" kanalının eksperti olacaq  
 
Bir neçə gün əvvəl “Xəzər Lənkəran”la yollarını ayıran baş məşqçi Oğuz Çətinin işsiz günləri qısa çəkib.
 
Sportal.az xəbər verir ki, türkiyəli çalışdırıcı "TRT Spor" kanalında "Futbol arenası" verilişində qonaq qismində çıxış edib. Çətin bundan sonra sözügenən verilişin daimi eksperti olacaq. O, sabiq futbolçu və hakim Ərman Toroğlu ilə birgə Superliqada keçirilən qarşılaşmaları dəyərləndirəcək.
 
Xatırladaq ki, Oğuz Çətin Azərbaycan Premyer Liqasının son turunda AZAL-la (1:1) oyundan sonra istefa ərizəsini klub rəhbərinə təqdim edib. 

Xəbər xətti