Vaqif Cavadov oynadı, komandası bir xala razı oldu

00:25 - 29 Dekabr 2014

Millimizin üzvləri Railin komandasına qarşı

 

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Rail Məlikovun çıxış etdiy "Dənizlispor" doğma meydanda Ufuk Budak və Vaqif Cavadovun şərəfini qoruduğu "Qaziantep BB" ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Railin adı məlum səbəblərdən matçın iştirak ərizəsinə salınmayıb. Ufukla Vaqif isə ilk dəqiqələrdən meydanda olub. 90 dəqiqə meydanda olan Budak 48-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb. Cavadov isə 55-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Dənizlispor" turnir cədvəlində 17 xalla 12-ci, "Qaziantep BB" isə 19 xalla 10-cu yerdədir.

Xəbər xətti