Mahir Şükürov "fərqləndi", komandası heç-heçə etdi

00:35 - 29 Dekabr 2014

Komanda səfərdən 1 xalla dönür

 

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" səfərdə "Boluspor" ilə üz-üzə gəlib.

 

Qarşılaşma qolsuz başa çatıb. Mahir meydana start heyətdə çıxıb və 90 dəqiqə oynayıb. Müdafiəçimiz görüşün 74-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

 

Qeyd edək ki, "Karşıyaka" turnir cədvəlində 22 xalla 6-cı yerdədir.

Xəbər xətti