Uğursuz nəticələrdən sonra...
Türkiyə superliqasında mübarizə aparan "Akhisar"ın baş məşqçisi Mustafa Rəşid Akçay tutduğu vəzifədən azad edilib.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 7 turdur qələbə üzünə həsrət qalan "Akhisar" rəhbərliyi bu addımı atmağa məcbur olub.
Qeyd edək ki, "Akhisar" 15 turdan sonra 17 xalla 11-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi