Komanda üçün böyük təhlükə
Çempionlar Liqasında "Anderlext"ə məğlub olduqdan sonra "Qalatasaray"dan göndərilən Çezare Prandelli sabiq komandasını pis vəziyyətdə qoya bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prandellinin 2 aylıq maaşı ödənilmədiyi üçün komanda ilə olan müqaviləsi hələ də ləğv edilməyib.
Qeyd edək ki, Prandelli bu barədə UEFA-ya şikayət bildirərsə, "Qalatasaray"ın Avropada oynamasına cəza gələ bilər.
saytlarin hazirlanmasi