Böyük oyun FİFA referisinə həvalə olundu
Türkiyə Superliqasının 16-cı turunun mərkəzi qarşılaşması olan “Beşiktaş” – “Qalatasaray” matçının hakimi müəyyənləşib.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarşılaşmanı FİFA referisi Cüneyt Çakır idarə edəcək.
Qeyd edək ki, yanvarın 4 -də keçiriləcək “Beşiktaş” – "Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.