Futbolçu derbiyə hazırlaşır
Türkiyənin "Qalatasaray" klubunun yarımmüdafiəçisi Uesli Sneyder zədəsini sağaldıb.
Sportal.az "Ntvspor"a istinadən xəbər verir ki, "Gənclərbirliyi" ilə qarşılaşmada xəsarət alan futbolçunun müalicəsi başa çatıb.
Hollandiya millisiinin üzvü komanda ilə birlikdə məşqlərə də başlayıb. 30 yaşlı yarımmüdafiəçi "Beşiktaş" ilə qarşılaşmada iştirak edə biləcək.
Qeyd edək ki, yanvarın 4 -də keçiriləcək “Beşiktaş” – "Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi