Futbolçular derbiyə hazırlaşır
Türkiyənin Beşiktaş klubunun aparıcı futbolçularından sayılan Vəli Kavlak və Gökhan Törə zədəsini tam olaraq sağaldıb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçular komanda ilə birlikdə məşqlərə başlayıb. Onlar yanvarın 4-də keçiriləcək "Qalatsaray"a qarşı matçda iştirak edə biləcəklər.
Qeyd edək ki, yanvarın 4 -də keçiriləcək “Beşiktaş” – "Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi