Sağ cinahdan mərkəzə
Türkiyənin “Karşıyaka” klubu PTT 1-ci Liqanın 16-cı turunda qarşılaşacağı lider “Kayserispor”la oyun öncəsi problemlə üzləşib.
Sportal.az xəbər verir ki, Mahir Şükürovun şərəfini qoruduğu komanda mərkəz müdafiəçilərinin zədəli və cəzalı durumda olmasına görə qarşıdakı matçda meydana çıxarmağa futbolçuçu tapa bilməyib.
Komandanın baş məşqçi Yusuf Şimşək fərqli qərarlar qəbul edib. Mütəxssis bir neçə futbolçunu sınaqdan keçirib. Baş məşqçi futbolçular içindən Mahiri seçib. Sağ cinah müdafiəçisi olan Şükürov “Kayserispor”la görüşdə mərkəz müdafiəçisi mövqeyində çıxış edəcək.
Qeyd edək ki, “Karşıyaka” – “Kayserispor” matçı sabah Bakı vaxtı ilə saat 18:00 da keçiriləcək.
saytlarin hazirlanmasi