İstanbul nəhəngi rəqibini üstələdi
Türkiyə Superliqasında 16-cı turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə çempionluq uğrunda mübarizə aparan "Fənərbaxça" doğma publika önündə "Başakşəhər"lə üz-üzə gəlib.
19-ci dəqiqədə Kuytün qoluyla hesabda önə keçən istanbullular fasiləyə üstün durumda yollanıblar. İkinci hissənin əvvəlində Alper Potuk hesab arasında fərqi artırıb. Qalan vaxt ərzində "sarı-lacivərdlilər" üstünlüyü əldən verməyib və 2:0 hesablı qələbəni bayram ediblər.
"Fənərbaxça" - "Başakşəhər" 2:0
Qollar: Kuyt, 19, Potuk, 49
saytlarin hazirlanmasi