Vaqif Cavadov oynadı, komandası heç-heçə etdi

18:45 - 4 Yanvar 2015

Komanda doğma meydanda xal itirdi

 

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 16-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvləri Vaqif Cavadov və Ufuq Budağın şərəfini qoruduğu "Qaziantep BB" klubu doğma meydanda Ayaz Mehdiyevin çıxış etdiyi “Giresunspor”la üz-üzə gəlib.

Görüş 1:1 hesabı ilə başa çatıb. Yığmamızın üzvlərindən Ufuq Budaq 90 dəqiqə meydanda olub, Vaqif Cavadov 59-cu dəqiqədə oyuna daxil olub. Ayaz isə bu matçda iştirak etməyib.

Qeyd edək ki, "Qaziantep BB" klubu turnir cədvəlində 20 xalla 11-ci, "Giresunspor" isə 21 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti