Komanda birinci dövrəni qələbə ilə başa vurdu
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 16-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin üzvü Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" klubu doğma meydanda "Kayserisporla" qarşılaşıb.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir bu qarşılaşmada 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Karşıyaka" klubu turnir cədvəlində 25 xalla 6-cı pillədə qərarlaşıb.