Derbidən "Qalatasaray" qalib ayrıldı, ilk dövrəni "Fənərbaxça" lider başa vurdu

00:30 - 5 Yanvar 2015

XVI turun matçları

 

Türkiyə Superliqasında 2015-ci ilin ilk oyunları davam edir. 

 

Sportal.az xəbər verir ki,  I dövrənin son - XVI turun açılış matçında 3 qarşılaşma baş tutub.

 

II pillədə qərarlaşan “Fənərbaxça” doğma publika önündə “Başakşəhər”i sınağa çəkib. “Sarı bülbüllər” rəqibini 2:0 hesabı ilə məğlub edərək, liderliyi ələ keçirib.

 

Turun mərkəzi matçı İstanbulda reallaşıb. Lider “Beşiktaş” evdə “Qalatasaray”ı qəbul edib. Bu görüşün nəticəsindən sonra turnir cədvəlində dəyişiklik baş verə bilərdi. Lakin “qara qartallar” “Cim-Bom”a 0:2 hesabı ilə uduzaraq, fasiləyə "qış çempionu" kimi yollanmağı bacarmayıb.

 

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

 

 

 

4 yanvar

 

“Ərciyəsspor” – “Kasımpaşa” - 2:5

Qollar: Atəş, 5, Edinyo, 85 – Skarione, 30-pen; 60, Əkər, 43, Babel, 78, Özən, 90+2

 

“Sivasspor” – “Karabükspor” - 2:0

Qollar: Qaradəniz, 2, Aras, 87

 

“Əskişəhərspor” – “Qaziantepspor” - 1:3

Qollar: Aydın, 76 - Şən, 32; 90+5, Durak, 67

 

“Beşiktaş” – “Qalatasaray” - 0:2

Qollar: Melo, 50, Burak, 90+6

 

 

5 yanvar

 

22:00 “Balıkəsirspor” - “Trabzonspor”

22:00 “Mersin İdmanyurdu” – “Gənclərbirliyi”

Xəbər xətti