"Dənizlispor" səfərdən əliboş qayıdır
Türkiyə PTT I liqasının 16-cı turun oyunları keçirib.
Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Manisaspor” doğma meydanda “Dənizlispor”u qəbul edib.
Əsas heyətdə yer alan serb əsilli azərbaycanlı futbolçu 89-cu dəqiqədə əvəzlənib. Bu görüşdə manisalılar rəqibinə 2:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, bu qələbədən sonra “Manisaspor” xalını 17-yə çıxarıb və turnir cədvəlində 17-cı sıraya yüksəlib.
saytlarin hazirlanmasi