Komandalar 11 əcnəbi futbolçu meydana buraxa biləcək
Türkiyə Futbol Federasiyasının yeni qərarına əsasən gələn mövsümdən etibarən legioner limiti aradan qaldırılacaq.
Sportl.az xəbər verir ki, federasiya rəhbərliyinin ötən gün klublar birliyi ilə keçirilən yığıncaqda belə qərar çıxarılıb.
2015/16 mövsümündə Superliqada mübarizə aparacaq komandalar sifariş ərizəsinə 28 futbolçu daxil edəcək.Həmin futbolçuların 14 əcnəbi və 14 yerli ola bilər. Oyuna sifariş edilən 18-likdə yerli futbolçuların sayı 7 nəfərdən aşağı olmamalıdır. Siyahıda bir yerli qapıçı və bir komandanın öz yetirməsi yer almalıdır. Gələn mövsüm komandalar meydana 11 legioner futbolçu çıxa biləcəklər.
saytlarin hazirlanmasi