"Çaykur Rizəspor"un ilk transfer fransalı futbolçu oldu

03:30 - 7 Yanvar 2015

Türkiyə təmsilçisi Obraniakı "Verder"dən "oğurladı"
 
Türkiyə Superliqa təmsilçiləri arasında qış fasiləsində ilk transferi həyata keçirən komanda “Çaykur Rizəspor” olub.
 
Sportal.az xəbər verir ki, Hikmət Karaman baş məşqçi postuna keçəndən sonra rizəlilərin düşərgəsində  canlanma baş verdi.
 
Artıq klub heyəti gücləndirmək yönündə ilk transferi də gerçəkləşdirib. Türkiyə klubu “Verder”də çıxış edən Lüdovik Obraniakı icarə əsasında düşərgəsinə qatıb. Ötən gün İstanbula gələn 30 yaşlı fransalı futbolçu Superliqa təmsilçisiylə mövsümün sonuna qədər müqavilə bağlayıb.     

Xəbər xətti