Mütəxəssis PTT I liqasında da qərar tutmadı
Türkiyə PTT I liqasında "Osmanlıspor"a yeni təyin olunan Yılmaz Vuralın komandayla iş birliyi uzun çəkmədi.
Sportal.az xəbər verir ki, bu postda Osman Özköylünü əvəzləyən mütəxəssis istefasına səbəb kimi klubdakı ciddi problemləri göstərib. Hər iki tərəf qarşılıqlı razılıq əsasında müqaviləni ləğv edib.
İndiyə qədər 29 klubda baş məşqçi kimi işləmiş Yılmaz Vuralın adı daha əvvəl Azərbaycan milli komandası və “Neftçi” komandasıyla yanaşı hallanırdı.
saytlarin hazirlanmasi