"Şuşa" əvəzedicilərlə bacarmadı
Çempionatın 3 və 4-cü dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubunun əvəzedici komandası ilk yoxlama oyununu keçirib.
	Sportal.az xəbər verir ki, Samir Abasovun komandası "Kapital Bank Arena"da 1-ci divizion təmsilçisi "Şuşa" ilə üz-üzə gəlib.
	
	Qarşılaşmada kifayət qədər qol imkanları olsa da, qapılar toxunulmaz saxlanılıb.
	
	Xatırladaq ki, "Sumqayıt"ın əvəzediciləri növbəti yoxlama oyununu yanvarın 14-də saat 13:00-da "Kapital Bank Arena"da "Neftçala"ya qarşı keçirəcək.
 
      
                    