Yarımmüdafiəçini heç bir klub istəmir
"Beşiktaş"ın 20 yaşlı yarımmüdafiəçisi Məhəmməd Dəmirçi icarə əsasında oynadığı "Qaziantep BB"dən ayrıldıqdan sonra özünə klub tapa bilmir.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar"ın futbolçu üçün illik 600 min lirə pul istəməsi heç bir klubu qane etmir.
Qeyd edək ki, bir vaxtlar "Barselona" bu futbolçunu heyətinə qatmaq istəyirdi.
saytlarin hazirlanmasi