Sosa komandadan ayrı düşdü
Türkiyənin "Beşiktaş" klubu ciddi itkiyə məruz qalıb.
Sportal.az "goal.com"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Xose Sosa məşq zamanı sıradan çıxıb.
Argentinalı futbolçu belində ağrı hiss edib və məşqi yarımçıq tərk edib. Təcrübəli futbolçunun müalicəsinə başlanılıb.
Futbolçunun Türkiyə superliqasının 17-ci turunda "Gənclərbirliyi" ilə qarşılaşma da iştirak etməsi sual altındadır.
saytlarin hazirlanmasi