Mövsümün ikinci yarısına start verildi
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 17-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" da növbəti matçına çıxıb.
Komanda səfərdə "Girəsunspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətdə başlayan Subaşiç 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Manisaspor" turnir cədvəlində 10 xalla 15-ci pillədədir.
saytlarin hazirlanmasi