PTT 1-ci Liqa təmsilçisi rəqibindən 1 xal aldı
Türkiyə kubokunun qrup mərhələsində 5-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor” da növbəti matçına çıxıb.
Komanda doğma meydanda Superliqa klubu “Akhisar BB” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan Subaşiç 46 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Manisaspor” 5 oyundan sonra 4 xalla B qrupunda sonuncu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi