Adana klubunda yeni sima
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Umut Gündoğanın yeni komandası bəll iolub.
Sportal.az "goal.com"a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi PTT 1-ci Liqa təmsilçisi "Adana Dəmirspor"la razılığa gəlib.
Futbolçu mövsümün sonuna qədər Adana klubunda çıxış edəcək. Qalatasaray bu transferdən 150 min avro qazanacaq.
Qeyd edək ki, türkiyəli futbolçu ötən ilin yanvarında "Bucaspor"dan "Qalatasaray"a keçmişdi.
saytlarin hazirlanmasi