Miloşeviç sıradan çıxdı
Türkiyənin "Beşiktaş" klubu ciddi itkiyə məruz qalıb.
Sportal.az "goal.com"a istinadən xəbər verir ki, komandanın yeni transferi Aleksandr Miloşeviç Türkiyə kubokunun son turunda "Rizəspor"a qarşı matçın 42-ci dəqiqəsində zədələnib.
Müdafiəçi artıq əməliyyat olunub. Miloşeviçin ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Serbiyalı futbolçu şəxsi "twitter" hesabından bunları söyləyib: "Əməliyyatım çox uğurlu keçdi. Komandaya tez qayıtmaq üçün çox çalışacam"
saytlarin hazirlanmasi