Komanda əsas qapıçısını itirdi
Türkiyənin "Beşiktaş" klubu ciddi itkiyə məruz qalıb.
Sportal.az xəbər verir ki, komandanın əsas qapıçısı Tolqa Zəngin Superliqanın 20-ci turunda "Bursaspor"la qarşılaşmada xəsarət alıb.
31 yaşlı qolkiperin 1 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Təcrübəli qapıçının Avropa Liqasının 1/16 final mərhələsində "Liverpul"la qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.
saytlarin hazirlanmasi