"Manisaspor" Superliqa klubuna qarşı
Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor"un da rəqibi müəyyənləşib.
Komanda növbəti mərhələdə İstanbul nəhəngi "Qalatasaray"la qarşılaşacaq.
Qeyd edək ki, ev-səfər prinsipi ilə keçiriləcək 1/4 və yarımfinal mərhələsinin görüşlərinin vaxtları da məlumdur. 1/4 finalın ilk oyunları martın 3, 4, 5-də, cavab görüşləri 7, 8, 9-da, yarımfinal qarşılaşmaları isə 28, 29, 30 aprel və 19, 20, 21 may tarixlərində baş tutacaq.
saytlarin hazirlanmasi