22-ci turun matçı
Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Antalyaspor"la qarşılaşıb. Matç Subaşiçin klubunun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan hücumçu 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Manisaspor" hazırda 20 xalla 16-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi