Sabiq "Xəzər Lənkəran"lının qolu Məhərrəmovun komandasını məyus edə bilmədi VİDEO
14:20 - 3 Mart 2015
İvanov ilk qolunu vurdu
Türkiyənin PTT 1-ci liqasında XXII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Cəmşid Məhərrəmovun çıxış etdiyi "Adanaspor" doğma meydanında eks "Xəzər Lənkəran"lılar Qalin İvanov və Etame Mbillanın şərəfini qoruduğu "Samsunspor"u qəbul edib.
Cəmşidin 90 dəqiqə ehtiyatda olduğu matçda Qalin və Mbilla start heyətdə yer alıblar. "Adanaspor"un 2-1 hesablı qələbəsi ilə başa çatan oyunda Qalin İvanov komandasının yeganə qolunun sahibi olub.