Alper və Hasan Ali derbidən kənar qalacaq
Türkiyənin "Fənərbaxça" klubu ciddi itkilərə məruz qalıb.
Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Alper Potuk və Hasan Ali Kaldırım zədəli olduqları üçün "Qalatasaray"la matçda iştirak etməyəcəklər.
Futbolçuların yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" matçı martın 8-i keçiriləcək.
saytlarin hazirlanmasi