Derbini Cüneyt Çakır idarə edəcək
Türkiyə superliqasının 23-cü turunda keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" matçının hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, həmin qarşılaşma FİFA referisi Cüneyt Çakıra tapşırılıb. Təcrübəli hakimə Bahattin Duran və Tarık Ongun köməklik edəcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması martın 8-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi