Komanda növbəti matça çıxır
Türkiyənin PTT 1-ci liqasında XXIII turun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" da növbəti matçına çıxacaq.
Komanda səfərdə milli komandamızın sabiq üzvü Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor"la qarşılaşacaq. Matç martın 8 i Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Qeyd edək ki, "Elazığspor" turnir cədvəlində 27 xalla 12-ci, "Manisaspor" isə 20 xalla 16-xı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi