Komanda növbəti matça çıxır
Türkiyənin PTT 1-ci liqasında XXIII turun oyunlarına yekun vurulacaq.
Sportal.az xəbər verir ki, turun son matçında Kamran Ağayevin çıxış etdiyi "Kayserispor" da növbəti matçına çıxacaq.
Komanda səfərdə "Bucaspor"la qarşılaşacaq. Matç bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, "Kayserispor" turnir cədvəlində 44 xalla 1-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi