25 turdan sonra 53 xalla...
Türkiyə PTT 1-ci liqasında mübarizə aparan "Kayserispor" 25 turdan sonra 53 xal yığmaqla son 4 mövsümün rekordunu qırıb.
Sportal.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin də şərəfini qoruduğu "Kayserispor" son turda "Dənizlispor"u 3:1 hesabı ilə məğlub edərək bu rekorda imza atıb.
Qeyd edək ki, mövsümün bitməsinə 9 tur qalmış Kayseri təmsilçisi turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Adana Dəmirspor"dan 5 xal irəlidədir.
saytlarin hazirlanmasi