Futbolçuya sərt tədbir
	 
	“Sumqayıt” klubu hücumçusu Pərdis Fərcad-Azad-ı cəzalandırıb. 
	 
	Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, futbolçu qeyri-müəyyən müddətə əvəzedici heyətə göndərilib və ona pul cəriməsi kəsilib. 
	 
	Qeyd edək ki, Premyer Liqanın 27-ci turunda ehtiyatda qalan futbolçu etiraz edərək formasını əynindən çıxarıb soyunub-geyinmə otağına getmişdi.
                      
saytlarin hazirlanmasi