Burak Yılmaz sıradan çıxdı
Türkiyənin "Qalatasaray" klubu ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın qol silahı Burak Yılmaz Superliqanın növbəti turunda "Karabükspor"la keçiriləcək oyunu buraxacaq.
Buna səbəb onun "Avro-2016"nın seçmə mərhələsində Hollandiya ilə oyunda zədələnməsidir.
Qeyd edək ki, "cim-bom"un daha iki futbolçusu Səbri Sarıoğlu və Semih Kaya da zədəlidir. Onların da növbəti turun oyununa hazır olub-olmayacağı sual altındadır.
saytlarin hazirlanmasi