Türkiyə Superliqasının 26-cı turunda “Çaykur Rizəspor”u səfərdə 5:1 hesabı ilə məğlub edən “Fənərbaxça” komandası silahlı basqına məruz qalıb.
Sportal.az xəbər verir ki, matçdan sonra hava limanına yollanan komandanın avtobusuna silahdan atəş açıblar Hadisə yerində yaralanan avtobusun sürücüsü xəstəxanaya çatdırılıb.