Rüştüyə çatdı
"Fənərbaxça"nın qapıçısı Vokan Dəmirəl tarixi rekorda imza atıb.
Sportal.az xəbər verir ki, millinin də şərəfini qoruyan Volkan Dəmirəl son çıxdığı “Əskişəhirspor”la (1:1) matçda tarixi uğur əldə edib.
Bacarıqlı qapıçı “bülbüllər”in forması ilə 294-cü qarşılaşmasını keçirib. Bu isə komandanın sabiq qolkiperi Rüştü Rəncbərin keçirdiyi oyun sayına çatmaq deməkdir.
Beləliklə, Volkan Dəmirəl Rüştü ilə birlikdə Türkiyə Super Liqasında “Fənərbaxça” formasını ən çox geyinən qapıçı olub.
saytlarin hazirlanmasi