Bu dəfə oyundan öncə
Türkiyə kubokunun 1/2 final mərhələsində keçirilən "Bursaspor" - "Fənərbaxça" (1:2) matçından öncə azarkeşlər qonaq komandanın avtobusuna hücum çəkiblər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azarkeşlər klubun futbolçularını daşıyan avtobusa fişəng və butulkalar atıblar. Polislərin müdaxiləsindən sonra hadisədə xəsarət alan olmayıb.
Qeyd edək ki, daha əvvəl də "Fənərbaxça"ya Türkiyə Superliqasında keçirilən "Rizəspor"la matçdan sonra silahlı basqın edilmişdi.
saytlarin hazirlanmasi