Türkiyə Superliqasında 33-cü turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, turun mərkəzi oyunu İstanbulda baş tutub. “Qalatasaray” öz meydanında “Beşiktaş”ı qəbul edib. Rəqibinə 2:0 hesabı ilə qalib gələn “cim-bom” çempionluğa bir qədər də yaxınlaşıb.