“Başakşəhər” “sarı-lacivərdlilər”i dayandırdı
Türkiyə Superliqasında 33-cü turun oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, İstanbul derbisində "Beşiktaş"ı iki qolla yenən "Qalatasaray" çempionluq üçün "Fənərbaxça"nın xal itirməsini gözləyirdi.
İstanbul təmsilçisi səfərdə "Başakşəhər"in qonağı olub. “Sarı-lacivərdlilər”in heç-heçə oynaması (2:2) "Qalatasaray"ın çempionluğunu bir həftə öncədən təmin etməsinə şərait yaradıb. Bununla da çempionatın başa çatmasına bir tur qalmış “Cim Bom” çempionluğunu bayram edib.
Türkiyə Superliqası 33-cü tur
22 may
“Gənclərbirliyi” – “Mərsin” 1:2
Qollar: Kahveci, 37 – Veliton, 60, Nakulma, 79
23 may
“Kasımpaşa” – “Kayseri Ərciyəsspor” 3:3
Qollar: Torun, 14; Donk, 76, Malki, 85 - Zoua, 43, Edinyo, 46, Çağlayan, 57
“Konyaspor” – “Rizəspor” 1:1
Qollar: Rangelov, 90+2 - Kveuke, 21
“Trabzonspor” – “Balıkesirspor” 3:2
Qollar: Medyani, 35, Kordozo, 50, 85 - Çeviker, 28, Atasevən, 69
24 may
“Qaziantepspor” – “Əskişəhərspor” 3:2
Qollar: Kamara, 7, 59, Çibuke, 9, - Öztürk, 63, Şentürk, 73
“Karabükspor” – “Sivasspor” 2:1
Qollar: Özek, 72, Sou, 76 - Yılmazer, 28
“Qalatasaray” – “Beşiktaş” 2:0
Qollar: Yasin Öztekin, 11, Sneyder, 81
25 may
“Akhisar Bələdiyə” – “Bursaspor” 0:1
Qol: Cosue, 60-pen.
“Başakşəhər” – “Fənərbaxça” 2:2
Qollar: Mehmet Batdal, 53, 62 - Dieqo, 81, Vebo, 88
saytlarin hazirlanmasi