“Qara qartalla” bürünc medallara sahib çıxdı
Türkiyə Superliqasında mövsümün sonuncu – 34-cü turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
“Kayseri Ərciyəsspor” doğma meydanda “Karabükspor”a 4:3 hesabı ilə qalib gəlib. Superliqanın autsayderi “Balıkəsirspor” evdə “Qaziantepspor”la heç-heçə edib - 1:1
Çempionluğu son turlarda əldən verən “Beşiktaş” doğma publika önündə “Gənclərbirliyi”nə çətinliklə olsa da, qalib gələ bilib. Bununla da “qara-qartallar” mövsümü 3-cü yerdə başa vurub.
29 may
Türkiyə Superliqası, 34-cü tur
“Kayseri Ərciyesspor” – “Karabükspor” 4:3
Qollar: Seçme, 19, Edinyo, 49, Qulle, 80, Ennyo, 82 - Özek,21, Özgənc, 40, 71
“Balıkəsirspor” – “Qaziantepspor” 1:1
Qollar: Qlumak, 37 - Çiço, 27
“Beşiktaş” – “Gənclərbirliyi” 2:1
Qollar: Tosun, 42, Özyakub, 82 - Bülbül, 90
“Əskişəhərspor” – “Akhisar” 1:3
Qollar: Şışmanoğlu, 89 - Kustadio, 10, Mezenqa, 68, Akyüz, 70
saytlarin hazirlanmasi