Finalda oynamayacaq
"Qalatasaray" qolkiperi Fernando Muslera Türkiyə kubokunun final mərhələsi çərçivəsində keçiriləcək "Bursaspor"la matçı buraxmalı olacaq.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb uruqvaylı qolkiperin Çili ilə oyun üçün milliyə çağırılmasıdır. O, iyunun 1-də Uruqvay millisinin düşərgəsində olmalıdır.
Qeyd edək ki, "Qalatasaray" - "Bursaspor" qarşılaşması iyunun 3-ü keçiriləcək.
saytlarin hazirlanmasi