Qalib penaltilər seriyasında məlum oldu
Türkiyə PTT 1-ci Liqasında elitaya vəsiqə uğrunda pley-off mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, pley-offun final qarşılaşmasında "Samsunspor” "Antalyaspor”la qarşılaşıb. "Başakşehir Fatih Terim” stadionunda keçirilən oyunda komandalar həm əsas, həm də əlavə vaxtda hərəyə 1 dəfə fərqlənib. 120 dəqiqə 2:2 hesabı ilə bitdiyindən Superliqaya vəsiqənin taleyi oyunsonrası penalti zərbələri ilə müəyyənləşib. Burda isə "Antalyaspor” daha dəqiq oynayaraq 4:1 hesabı ilə qalib gəlib. Bununla da antalyalılar "Kayserispor” və "Osmanlıspor”un ardından Superliqaya yüksələn 3-cü komanda olub.
Qeyd edək ki, "Samsunspor”da forma geyinən "Xəzər Lənkəran”ın sabiq futbolçusu Etame Mbilla bu görüşdə dubl müəllifi olub.
saytlarin hazirlanmasi